...

"Seltik" Şotlandiya çempionu elan edilib

İdman Materials 18 May 2020 16:20 (UTC +04:00)
"Seltik" Şotlandiya çempionu elan edilib

Bakı. Trend:

Şotlandiyada koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış futbol çempionatını bərpa etməmək qərarı alınıb.

Trend-in məlumatına görə, qərara əsasən, 30 turdan sonra 80 xal toplamış və ən yaxın rəqibini 13 xal qabaqlayan “Seltik” ölkə çempionu elan edilib.

Premyer liqanın 12 klubunun hər biri çempionatın qalan 6 turunun oynanmamasına razılıq verib.

23 xal toplamış və 12-ci yerdə qərarlaşmış “Harts” ikinci liqaya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti