Bakı. Trend:
İtaliyanın "Milan" klubunun braziliyalı müdafiəçisi Leonardo Duarte koronavirusa yoluxub.
Trend-in məlumatına görə, futbolçu karantinə alınıb.
Komandanın digər üzvlərində xəstəlik aşkar edilməyib.
Leonardo Duarte "Milan"a 2019-cu ildə Braziliyanın "Flamenqo"sundan 10 milyon avroya keçib və indiki müqaviləsi 2024-cü ilin yayında bitir. 24 yaşlı oyunçu ötən mövsüm 6 oyuna çıxıb.