...

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

İdman Materials 19 Mart 2021 15:37 (UTC +04:00)
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Bakı. Orxan Nəbiyev -Trend:

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, 1/4 və yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib.

Püşkün nəticəsinə görə, "Mancester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya), "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə), "Bavariya" (Almaniya) - "PSJ" (Fransa) və "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) cütlükləri qarşılaşacaq.

Yarımfinalda isə "Bavariya" (Almaniya) - "PSJ" (Fransa) cütünün qalibi "Mancester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) cütünün qalibi ilə, "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) cütünün qalibi isə Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) cütünün qalibi ilə qarşılaşacaq.

Final matçı mayın 29-da İstanbulda Atatürk stadionunda keçiriləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti