...

Şahmatçılarımız Avropa çempionatında Rusiya və Ukrayna yığmaları ilə heç-heçə ediblər

İdman Materials 17 Noyabr 2021 00:27 (UTC +04:00)
Şahmatçılarımız Avropa çempionatında Rusiya və Ukrayna yığmaları ilə heç-heçə ediblər

Bakı. Trend:

Bu gün Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.

Trend xəbər verir ki, kişilərdən ibarət komandamız Rusiya, qadın şahmatçılarımız isə Ukrayna yığması ilə qarşılaşmalarda ümumi hesabda xalları yarı bölüblər.

Belə ki, kişi şahmatçılarımız Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk, Teymur Rəcəbov Daniil Dubov, Qədir Hüseynov Andrey Esipenko, Rauf Məmmədov Kiril Alekseyenko ilə heç-heçə ediblər.

Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə Anna Uşenina, Xanım Balacayeva Nataliya Buksa üzərində qələbə qazanıblar. Digər təmsilçilərimiz Gövhər Beydullayeva Nataliya Jukova, Gülnar Məmmədova Yuliya Osmaka uduzublar.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti