...

Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku keçiriləcək (VİDEO)

İdman Materials 2 Aprel 2024 14:17 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

19-21 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku keçiriləcək.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında keçirələcək yarışlarda dünyanın 40-dan çox ölkəsinin nümayəndəsi çıxış edəcək.

Gimnastlar fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər. İdmançılar ayrı-ayrı predmetlər və çoxnövlülük üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, "AGF Trophy" kuboku qrup hərəkətlərində çıxışına görə ən yüksək bal toplayan idmançıya və komandaya veriləcək.

Qeyd edək ki, bu, sayca Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə 10-cu Dünya Kuboku olacaq.

Gimnastların möhtəşəm çıxışlarını izləmək istəyənlər biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti