...

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışı keçirəcək

İdman Materials 11 Aprel 2024 02:32 (UTC +04:00)

Bakı. Trend:

Güləş üzrə milli komandalarımız növbəti təlim-məşq toplanışı keçirəcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, aprelin 11-dən etibarən sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər. Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlər də yer ayrılacaq.

Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalarımız növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirəcək.

Xəbər lenti

Xəbər lenti