...

Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI

İdman Materials 27 Mart 2025 09:19 (UTC +04:00)
Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Həftəsonu Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.

Trend xəbər verir ki, Türkiyə Superliqasında "Antalyaspor" "Alanyaspor"u, "Kayserispor" "Hatayspor"u, "Bodrumspor" "Fənərbağça"nı, "Konyaspor" "Qaziantep"i, "Sivasspor" "Adana Demirspor"u, "Trabzonspor" "Göztəpə"ni, "Beşiktaş" isə "Qalatasaray"ı qəbul edəcək.

Almaniya Bundesliqasında "Bayer Leverkuzen" "Boxum"la, "Borussiya Münhenqladbax" "Leypziq"lə, "Bavariya" "Pauli" ilə, "Ayntraxt Frankfurt" isə "Ştutqart"la üz-üzə gələcək.

İtaliya A Seriyasında "Komo" "Empoli"ni, "Venesia" "Boloyna"nı, "Yuventus" "Cenoa"nı, "Lecce" isə "Roma"nı qəbul edəcək.

İspaniya La Liqasında "Real Sosyedad" "Valyadolid" ilə, "Espanyol" "Atletiko Madrid" ilə, "Alaves" isə "Rayo Vallekano" ilə qarşılaşacaq.

28 mart

Türkiyə Superliqası

Saat 17:00, "Antalyaspor" - "Alanyaspor";

Saat 17:00, "Kayserispor" - "Hatayspor";

Saat 21:30, "Bodrumspor" - "Fənərbağça";

Saat 21:30, "Konyaspor" - "Qaziantep".

Almaniya Bundesliqası

Saat 23:30, "Bayer Leverkuzen" - "Boxum".

29 mart

Türkiyə Superliqası

Saat 14:30, "Sivasspor"- "Adana Demirspor";

Saat 17:00, "Trabzonspor" - "Göztəpə";

Saat 21:30, "Beşiktaş" - "Qalatasaray".

Almaniya Bundesliqası

Saat 18:30, "Borussiya Münhenqladbax" - "Leypziq";

Saat 18:30, "Bavariya" - "Pauli";

Saat 21:30, "Ayntraxt Frankfurt" - "Ştutqart".

İtaliya A Seriyası

Saat 18:00, "Komo" - "Empoli";

Saat 18:00, "Venesia" - "Boloyna";

Saat 21:00, "Yuventus" - "Cenoa";

Saat 23:45, "Lecce" - "Roma".

İspaniya La Liqası

Saat 17:00, "Real Sosyedad" - "Valyadolid";

Saat 19:15, "Espanyol" - "Atletiko Madrid";

Saat 21:30, "Alaves" - "Rayo Vallekano".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti