...

Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır

İqtisadiyyat Materials 25 Sentyabr 2018 12:22 (UTC +04:00)
Azərbaycan parlamentinin yaradılmasının 100-cü ildönümü münasibətilə Azərbaycanda səfərdə olan Sudan parlamentinin spikeri İbrahim Əhməd Ömər rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Azərkosmos” ASC-yə gəlib.
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır

Bakı. Trend:

Azərbaycan parlamentinin yaradılmasının 100-cü ildönümü münasibətilə Azərbaycanda səfərdə olan Sudan parlamentinin spikeri İbrahim Əhməd Ömər rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Azərkosmos” ASC-yə gəlib.

ASC-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində spiker İbrahim Əhməd Ömər və “Azərkosmos”un nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər, “Azersky” - Yer səthinin məsafədən müşahidə peykindən əldə edilən peyk təsvirləri vasitəsilə “Azərkosmos”un kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi sahəsində yerinə yetirdiyi layihələr və bu günlərdə orbitə buraxılacaq “Azerspace-2” telekommunikasiya peyki barədə geniş məlumat verilib.

Görüş əsnasında İbrahim Əhməd Ömər Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Həmçinin görüşdə Sudanda milli peyk operatorunun yaradılması, kosmik sahədə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində Azərbaycanın təcrübəsini öyrənmək niyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti