...

İran və İraq ticarət mübadiləsini milli valyuta ilə həyata keçirə bilər

İqtisadiyyat Materials 18 Dekabr 2018 10:21 (UTC +04:00)
İran və İraqın Mərkəzi Bankı arasında bank mübadilələrinin rial və dinar vasitəsi ilə həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır.
İran və İraq ticarət mübadiləsini milli valyuta ilə həyata keçirə bilər

Bakı. Elnur Bağışov - Trend:

İran və İraqın Mərkəzi Bankı arasında bank mübadilələrinin rial və dinar vasitəsi ilə həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunu İran və İraqın Birgə Ticarət Palatasının sədri Yəhya Al İshaq deyib.

Onun sözlərinə görə, hal-hazırda İranın İraqa ixrac üçün hər hansı problemi yoxdur. Belə ki, cari ilin 8 ayında 8 milyard dollar dəyərində məhsul ixrac edilib. İxracın sadələşdirilməsi üçün İraq tərəfi ilə müzakirələr aparılır.

Al İshaq əlavə edib ki, hazırda iki ölkənin maliyyə mübadilələri valyutadəyişmə məntəqələri və ya bir və iki bank vasitəsi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti