...

“Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları”nda təmsil olunub (FOTO)

İqtisadiyyat Materials 28 Mart 2019 14:15 (UTC +04:00)
“Azərkosmos” ASC-nin nümayəndə heyəti 26-28 mart 2019-cu il tarixlərində Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları”nda iştirak edib.
“Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları”nda təmsil olunub (FOTO)

Bakı. Trend:

“Azərkosmos” ASC-nin nümayəndə heyəti 26-28 mart 2019-cu il tarixlərində Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları”nda iştirak edib.

ASC-dən Trend-ə verilən məlumata görə, “Azərkosmos”un da üzv olduğu Beynəlxalq Astronavtika Federasiyasının bu ilki “Yaz toplantıları”nda “Azərkosmos”un sədri Rəşad Nəbiyev çıxış edərək Azərbaycanın kosmik sahədə rolundan danışıb. Daha sonra Dövlət Turizm Agentliyini təmsil edən Sevda Əliyeva Azərbaycanın mədəniyyət və tarixindən eləcə də, turizm imicindən bəhs edən təqdimatlar nümayiş edib.

Hər il ənənəvi olaraq keçirilən “Yaz toplantıları” Federasiyanın ən önəmli tədbirlərindən biri hesab olunur. Tədbir çərçivəsində Beynəlxalq Astronavtika Federasiyasının və eyni zamanda Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin (CNES) prezidenti Jan-İv Le Qall, vitse-prezidentlərdən ibarət büro və o cümlədən, digər aidiyyatı komitələrin iştirakı ilə silsilə iclaslar keçirilib. Federasiyaya üzv qurumlar arasında astronavtika sahəsində il ərzində görüləcək işlər, qlobal kosmik arenada “yeni kosmik sənaye”nin rolu və bu sahədə olan trendlər mövzusunda geniş müzakirələr keçirilib.

Bununla yanaşı, “Yaz toplantıları”nın keçirildiyi müddətdə üzv qurumlar arasında Federasiyanın mötəbər tədbirlərinin gələcəkdə Bakı şəhərində keçirilməsi və Azərbaycanın kosmik ölkə olaraq tanıdılması məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb.

“Yaz toplantıları”rı çərçivəsində Çexiya Respublikasının nümayəndə heyətinin tərkibində çıxış edən “Çexiya Kosmik Agentliyi”nin direktoru Yan Kolar qeyd edib ki, o 1973-cü ildə Bakı şəhərinin ev sahibliyi etdiyi 24-cü Beynəlxalq Astronavtika Konqresinə qatılıb və bu onun iştirak etdiyi ilk astronavtika konqresi olub. Yan Kolar Bakı şəhərinin füsunkarlığının hələ o zaman onda inanılmaz təssürat yaratdğını xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti