...

Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı 6 min tona çatdırılacaq

İqtisadiyyat Materials 7 Aprel 2019 15:00 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması, baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə tut (çəkil) tingliyi təsərrüfatının yaradılması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, baramaçılğın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına Çin Xalq Respublikasından son üç ildə 3,5 milyon ədəd calaq olunmuş məhsuldar tut (çəkil) tingləri tədarük edilərək bölgü əsasında respublikanın 38 rayonunda 350 hektar sahədə Çin texnologiyası ilə əkilib.

Bu tinglər yerli torpaq iqlim şəraitində yüksək məhsuldarlıq göstərərək barama istehsalı üçün keyfiiyətli yarpaq çıxımına malikdir. Bu baxımdan Dövlət Proqramının icrası məqsədilə Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinə məxsus 1 hektarlıq torpaq sahəsində Çindən əvvəlki illərdə ölkəyə gətirilmiş tinglərin budanmasından əldə olunan zoğlardan istifadə edərək müasir texnologiya əsasında tingçilik təsərrüfatı yaradılıb. Bu tingçilik təsərrüfatında 200-250 min ədəd tingin yetişdirilməsi nəzərdə tutulub. Bunun üçün sahəyə üzvi və mineral gübrələr verilib, dərin şum aparılıb, 90 sm ara məsafəsi olmaqla tirələr düzəlib və tirələrin üzəri qara rəngli polietilenlə örtülüb. Əldə edilmiş zoğlar 10 sm ara məsafəsi olmaqla tirələrin üzərinə basdırılıb.

Polietilen örtüyün çəkilməsində məqsəd torpaqda nəmliyi qorumaq, buxarlanmanın qarşısını almaq və alaq otlarının inkişafını məhdudlaşdırmaqdan ibarətdir. Birinci ildə köklənmiş tinglərin ikinçi ildə pikrovka olunaraq sahələrə köçürülməsi nəzərdə tutulub.

Artıq üçüncü ildən başlayaraq bu tinglərdən istifadə etməklə yeni bağların salınması həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti