...

Aİ Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər gözləyir

İqtisadiyyat Materials 12 İyul 2019 12:59 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər gözləyir
Aİ Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər gözləyir

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər gözləyir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas mətbuat konfransında deyib:

O bildirib ki, yeni aviasiya sazişi ilə bağlı danışıqlarda böyük irəliləyiş müşahidə olunub: “Biz bu sazişlə bağlı Azərbaycandan təkliflər gözləyirik. Bu saziş Azərbaycana böyük fayda gətirəcək”.

Qeyd edək ki, ümumi aviasiya məkanının yaradılması aviasiya bazarlarının açılması və inteqrasiyasına yönəlib. Bu, istehlakçı və operatorlar üçün yeni imkanlar açacaq və uçuşların təhlükəsizliyi və hava əlaqəsinin idarə olunması baxımından yüksək standartlar gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti