Bakı. Trend:
Torpağın əmələ gəlməsi - qaya parçalarının isinmə-donma, yağış, külək kimi aşındırıcı təsiri olan təbiət hadisələri nəticəsində dissosasiyası, müxtəlif ölçülərdə dənəciklərə bölünməsi və bu dənəciklərin daha sonra bir yapışdırıcı maddə ilə birləşərək dilimlər əmələ gətirməsi ilə yaranır. Bu yapışdırıcı maddə tamamilə təbiidir. Ətraf mühitdə bir çox təbii maddə mənbələri olmaqla yanaşı bunlardan ən təbii olanı heyvan peyinləridir. Peyinlər xüsusi bir metod ilə bioloji mayalandırma prosesindən keçir. Bu prosesdən əvvəl tərkibində yer alan Carbon (C) və Azot (N) = 80/1 maddələri qeyd edilən miqdardan yüksək bir kəmiyyətə sahibdir. Lakin, mayalanma prosesində peynin tərkibində olan və bitkilərə zərərli təsirə malik bir sıra qazlar xaric edildikdən sonra bu miqdar C/N =20/1 qədər aşağı düşür. 20/1-dən aşağı olan bütün kəmiyyətlər peynin bitkilər üçün zərərsizlik və təhlükəsizlik səviyyəsini artırır.
"Siyəzən Broyler'' ASC-də peyinlərin bioloji mayalanması nəticəsində Carbon və Azot miqdarı 10/1 - 15/1 intervalında olur ki, bu da bitkilər üçün tamamilə zərərsizdir. Nəticədə isə bu maddə transformasiyaya uğrayaraq peyindən təbii gübrəyə çevrilmiş olur.
Bu təbii gübrə:
- ən yaxşı torpaq tənzimləyicisidir.
- mayalanmadan əvvəl tərkibində olan mikro və makro qida elementləri bitkilər üçün faydasız olduğu halda, mayalanmadan sonra yaralı hala gətirilir.
- tərkibindəki təbii maddə və turşular sayəsində bitkilərin kök metabolizması ilə yaranan təbii birləşmələr, emal ediləcək məhsulun xammalını əmələ gətirdiyi üçün bol məhsul əldə edilməsi də zəmanət altına alınır.
- bu gün yer üzündə baş verən qlobal istiləşmə səbəbi ilə su, torpaq və bitkilər üçün daha da əhəmiyyətli rol oynayır.
- torpağın yumşalmağını və daxilində kök atan bitkilərin daha yaxşı nəfəs almasını təşkil edir.
"Siyəzən Broyler'' ASC-də emal edilən təbii gübrə torpaqda və əkinçilikdə bizə ən yaxşı nəticələri verən təbii gübrədir. Özündə mövcud olan, bitkiləri effektiv qidalandırma təsiri ilə yanaşı, torpaq daxilində olan digər qida elementlərinin də bitkilər tərəfindən rahatlıqla mənimsəməsini təşkil edir. Siyəzən təbii gübrəsindən istifadə zamanı torpaqda olmağı əhəmiyyət kəsb edən 6-7% miqdarındakı təbii maddəyə nə qədər yaxın və ya nə qədər uzaq olmağı nəzərə alınır. Bu o deməkdir ki, əgər torpağın tərkibində 0.5% təbii maddə varsa, tələbat artır, 5% təbii maddə varsa tələbat azdır.
Gübrənin istifadəsi elə bu miqdara əsasən də təyin olunur. Bununla yanaşı torpaq təbii maddələrdən kasaddırsa və təbii gübrə ehtiyatınız artıq olsa belə, bunu 3-4 ilə kifayət edəcək şəkildə bölmək mümkündür. Misal üçün, bağlarda ağacların böyüklüyü nəzərə alınaraq 2-3 kq - 10 kq intervalında təbii gübrə istifadə edilə bilər.Tarlalarda isə bu miqdar hektar başına 5 tondan - 50 tona qədər dəyişir. Əgər 50 ton/ha istifadə etməliyiksə bunu da bir dəfədə yox, 2-3 ilə bölərək vermək və daha sonra torpağı analiz edərək təbii maddə miqdarının 4%-dən aşağı düşməməsinə nəzarət etmək lazımdır.
Təbii Siyəzən Gübrəsindən istifadə qaydası
Məhsul növü |
Tövsiyyə edilən |
İstifadə təlimatı |
|
Tərəvəzlər |
Sahədə |
İstixanada |
Torpağı hazırlamaq (əkinə hazırlamaq) və 1-ci oraqlama zamanında torpağa qarışdırılaraq istifadə edilir. |
Pomidor,bibər, badımcan |
175-200 kq/ha |
225-250 kq/ha |
|
Xiyar, balqabaq, qovun, qarpız |
150-175 kq/ha |
175-200 kq/ha |
|
150 kq/ha |
200 kq/ha |
||
Soğan, kəvər |
100-125 kq/ha |
125 150 kq/ha |
|
Kök, turp |
150-175 kq/ha |
||
Lobya və digər paxlagillər fəsiləsi |
75 kq/ha |
100 kq/ha |
|
Çiyələk |
200 kq |
250 kq/ha |
|
Meyvələr |
Yaz və payız aylarında istifadə edilirək torpağa qarışdırılır. |
||
Sitrus |
4-5 kq/ağac |
||
Banan |
8-9 kq/ağac |
||
Alma, armud, heyva |
3-4 kq/ağac |
||
Şaftalı, ərik, albalı, gilənar |
3-4 kq/ağac |
||
Üzüm, kivi |
150-200 kq/ha |
||
Zeytun |
2-3 kq/ağac |
||
Əncir |
2-3 kq/ağac |
||
Fındıq |
2-4 kq/ağac |
||
Çay |
150-175 kq/ha |
||
Tarla bitkiləri |
Əkindən əvvəl – yəni torpağı hazırlama müddətində istifadə edilir. |
||
Buğda, arpa, yulaf, çəltik |
25-75 kq/ha |
||
Günəbaaxan, qarğıdalı, |
50-75 kq/ha |
||
Noxud, mərci, lobya |
25-50 kq/ha |
||
Şəkər çuğunduru, kartof |
50-75 kq/ha |
||
Tütün |
25-50 kq/ha |
||
Pambıq, lobya |
75-100 kq/ha |
||
Yem bitkiləti |
100-150 kq/ha |
||
Bəzək bitkiləri və otlaqlar |
Yaz və payız aylarında istifadə edilir. |
||
Otlaq sahələr |
15-20 kq/100 m2 |
||
Bəzək bitkiləri |
10-15 kq/100 m2 |
||
Dekorativ ağaclar və bitkilər |
3-4 kq/ağac |
Diqqət: Rütubətsiz şəraitdə mühafizə edin.
Günəş şüalarında uzun müddət saxlamayın.