...

“Azərkosmos” Türkiyə şirkətləri ilə müqavilə imzalayıb

İqtisadiyyat Materials 27 Dekabr 2019 13:42 (UTC +04:00)
“Azərkosmos” ASC və Türkiyənin rəqəmsal televiziya yayım platforması olan “Digiturk” və mobil operatoru olan “Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.
“Azərkosmos” Türkiyə şirkətləri ilə müqavilə imzalayıb

Bakı. Trend:

“Azərkosmos” ASC və Türkiyənin rəqəmsal televiziya yayım platforması olan “Digiturk” və mobil operatoru olan “Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən, “Digiturk” şirkəti “Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq. Həmçinin, “Vodafone” şirkəti “Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.

2019-cu il ərzində “Türkcell” mobil operatoru və “Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra “Digiturk” və “Vodafone” şirkətləri ilə imzalanan müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti