...

“Azərkosmos” “Dünya Teleport Assosiasiyası”nın “Tier 4” sertifikatını əldə edib

İqtisadiyyat Materials 2 Noyabr 2020 15:38 (UTC +04:00)
“Azərkosmos” “Dünya Teleport Assosiasiyası”nın “Tier 4” sertifikatını əldə edib

Bakı. Trend:

“Azərkosmos”un Bakıda fəaliyyət göstərən teleportu “Dünya Teleport Assosiasiyası”nın “Sertifikatlaşdırma proqramı”ı üzrə bütün mərhələləri uğurla tamamlayaraq “Tier 4” uyğunluq sertifikatını əldə edib.

Şirkətdən Trend-ə bildirilib ki, “Tier 4” sertifikatına malik olan şirkətlər təqdim etdiyi teleport xidmətləri, texniki infrastruktur və iş prosesinin etibarlılığına və təhlükəsizliyinə 99,9% təminat verir.

“Azərkosmos”a məxsus teleportun resursları “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri ilə yanaşı, digər peyk operatorlarının peyklərindən və fiber optik şəbəkə üzərindən gələn siqnalları qəbul etməyə imkan verir.

“Azərkosmos”un Beynəlxalq Teleport Assosiasiyası tərəfindən sertifikata layiq görülməsi böyük uğurdur. “Tier 4” sertifikatı teleport xidmətlərimizin yüksək keyfiyyət və texnoloji baxımdan müasir tələblərə tam cavab verdiyini göstərir. Bu sertifikat bizim insan kapitalının inkişafına, yeni texnologiyaya və müasir infrastruktura xüsusi önəm verdiyimizi bir daha təsdiq edir” – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

“Tier 4” sertifikatı teleport operatorunun müştərilərə göstərdiyi xidmətin keyfiyyətinə dair zəmanətdir. Sertifikat, həmçinin operatorlar üçün infrastruktur, avadanlıq və prosedurların beynəlxalq təşkilat tərəfindən audit olunması baxımından da dəyərli imkandır” – deyə Dünya Teleport Assosiasiyasının icraçı direktoru Robert Bell bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti