...

Gürcüstanda daha bir neçə telekanal Azərbaycan peyki ilə yayımlanacaq

İqtisadiyyat Materials 3 Aprel 2021 01:31 (UTC +04:00)
Gürcüstanda daha bir neçə telekanal Azərbaycan peyki ilə yayımlanacaq

Bakı. Trend:

Gürcüstanın "Media-Holding" şirkətinin nəzdində olan yerli "Rustavi-2", "Comedy TV" və "Marao TV" kanalları "Azerspace-1" vasitəsi ilə kommersiya yayımına başlayacaqlar.

Trend xəbər verir ki, müvafiq tərəfdaşlıq müqaviləsi "Azercosmos" ilə Gürcüstanın "Media Holding" şirkəti arasında imzalanıb.

Geniş auditoriyaya sahib olan bu kanallar gürcü dilində sosial, iqtisadi, analitik və mədəni proqramlar yayımlayır. Media Holdinqin "Azercosmos" ilə əməkdaşlığı sayəsində gürcü tamaşaçılar "Azerspace-1" peyki vasitəsi ilə bu televiziya yayım kanallarını izləyə biləcəklər.

Qeyd edək ki, Azərbaycanın peyk operatoru "Azercosmos" altı ildir Gürcüstanın yayım bazarında lider mövqeyini qoruyub saxlayır.

Xatırladaq ki, "Azercosmos" Cənubi Qafqazın aparıcı peyk operatorudur. "Azercosmos" tərəfindən idarə olunan telekommunikasiya peyki olan "Azerspace-1" Avropa, Afrika, Orta Şərq, Qafqaz və Orta Asiyadakı müştərilərinə yüksək etibarlı genişzolaqlı və genişyayımlı həllər təqdim edir. Peyk 2013-cü ilin fevralında orbitə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti