...

İyunda Türkiyə Azərbaycandan 771 milyon kubmetr qaz idxal edib

İqtisadiyyat Materials 28 İyun 2021 14:32 (UTC +04:00)
İyunda Türkiyə Azərbaycandan 771 milyon kubmetr qaz idxal edib

Bakı. Çingiz Səfərli -Trend:

Bu ay Türkiyə Azərbaycandan 771 milyon kubmetr qaz idxal edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, iyunda ölkənin qaz idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 79,4 faiz artaraq, 4 milyard 725 milyon kubmetrə çatıb.Bunun 2 milyard 508 milyon kubmetri Rusiyadan, 867 milyon kubmetri İrandan, 771 milyon kubmetri də Azərbaycandan alınıb.

Həmçinin bildirilib ki, bu dövrdə Rusiya və İrandan alınan qazın miqdarı artıb, Azərbaycandan gələn qazın miqdarı isə 16 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti