...

Rüsumların dəyişdirilməsi nəticəsində büdcəyə daxil olacaq əlavə vəsaitin həcmi məlum olub

İqtisadiyyat Materials 1 Noyabr 2021 12:05 (UTC +04:00)
Rüsumların dəyişdirilməsi nəticəsində büdcəyə daxil olacaq əlavə vəsaitin həcmi məlum olub

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi nəticəsində büdcəyə daxil olacaq əlavə vəsaitin təqribi həcmi açıqlanıb.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu dəyişikliklər nəticəsində büdcəyə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti