Bakı. Elçin Mehdiyev – Trend:
Elə rüsumlar var ki, 2007-ci ildən bu bəri onların müzakirəsi aparılmayıb. Hesab edirəm ki, vaxtaşırı dövlət rüsumlarına baxılmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu gün Azərbaycanda tütün və alkoqol üçün nəzərdə tutulan rüsumlar dünya ilə müqayisədə aşağıdır.
O qeyd edib ki, heç bir ərzaq məhsulunun rüsumunda artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur.