Bakı. Elçin Mehdiyev – Trend:
Yığılan dövlət rüsumları rüsum yığan orqanın büdcəsində qalmayacaq, birbaşa dövlət büdcəsinə yönəldiləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, dəyişikliyə əsasən, bundan sonra bütün dövlət rüsumları vahid qaydada qanunla tənzimlənəcək. Bundan əvvəl isə dövlət rüsumları Nazirlər Kabinetinin qərarları ilə tənzimlənirdi.
Qanuna dəyişiklikdə bir sıra dövlət rüsumlarının məbləğinin dəyişdiriməsi, bir sıra yeni rüsumların tətbiq edilməsi təklif edilir.
Qanuna dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.