...

Azərbaycanın qeyri-neft məhsullarının ixracı 12 faizdən çox artıb

İqtisadiyyat Materials 8 Fevral 2023 12:03 (UTC +04:00)
Azərbaycanın qeyri-neft məhsullarının ixracı 12 faizdən çox artıb

Bakı. Trend:

Azərbaycanın qeyri-neft məhsullarının ixracı 12 faizdən çox artıb .

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində 2022-ci il ərzində qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 12,3% artaraq 3 mlrd. 48 mln. dollar təşkil edib", - nazir qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları olub.

2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4 faiz, çay ixracı isə 35,6 faiz artıb. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları olub. Hesabat dövründə ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz artıb.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti