...

Sumqayıt Kimya Sənaye Parkının rezidentinin ixrac coğrafiyası genişlənir

İqtisadiyyat Materials 3 Mart 2023 15:54 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkının rezidentinin ixrac coğrafiyası genişlənir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC tərəfindən bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlanılıb.

İZİA-dan Trend-ə bildirilib ki, şirkət tərəfindən ilk dəfə olaraq Ruminiya, Çexiya, Latviya, Litva və İordaniyaya sütkü yağları ixrac edilib. Bu ölkələrə il ərzində 10 min tondan çox məhsul göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 150 növdən çox sürtkü yağının istehsalını həyata keçirir. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 30-dan çox ölkəsinə “Made in Azerbaijan” brendi adı ilə ixrac edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti