...

Strateji valyuta ehtiyatları manatla pul kütləsini 3,4 dəfə üstələyib

İqtisadiyyat Materials 22 Noyabr 2023 11:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.

Trend Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadla xəbər verir ki, sentyabrın sonuna ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib (2023-cü ilin I yarısı üzrə mal və xidmət idxalı götürülməklə).

Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,4 dəfə üstələyib (2023-cü ilin 9 ayının yekunu üzrə olan M2 pul aqreqatı götürülməklə).

Xəbər lenti

Xəbər lenti