...

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

İqtisadiyyat Materials 16 Mart 2024 14:07 (UTC +04:00)
Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2024-cü ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 954,7 milyon manat təşkil edib ki, onun da 908,2 milyon manatı heyvandarlıq, 46,5 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,3 faiz azalıb, bitkiçilik məhsulları istehsalı isə 3,8 faiz artıb.

Təsərrüfatlarda yanvar-fevral aylarında 41,0 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib, 2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb, ət istehsalı isə 1,5 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti