...

Beş mindən çox mənzil kirayəyə vermək yolu ilə satılıb

İqtisadiyyat Materials 11 İyul 2024 12:02 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 50 391 borcalana 3 milyard 108,811 milyon kredit verib.

Trend xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 481,066 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 021 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti