Bakı. Trend:
2024-cü ilin ilk yeddi ayı ərzində sahibkarların 3252 layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 119 milyon manat güzəştli kredit verilib.
Trend bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu dövr ərzində Fondun güzəştli kreditlərindən 257 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 7,8 milyon manat güzəştli kredit verilib.
Bununla yanaşı, sözügedən dövr ərzində 99 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 3,5 milyon manat güzəştli kredit əldə edib.