...

Moldova azərbaycanlı investorları dövlət müəssisələrinin özəlləşdirilməsində iştiraka dəvət edib

İqtisadiyyat Materials 11 Aprel 2025 16:37 (UTC +04:00)
Moldova azərbaycanlı investorları dövlət müəssisələrinin özəlləşdirilməsində iştiraka dəvət edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Moldova azərbaycanlı investorları ölkənin dövlət müəssissələrinin özəlləşdirilməsi prosesində iştirak etməyə dəvət edir.

Trend xəbər verir ki, bunu Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşdırma Nazirliyinin dövlət katibi Viorel Qaratz Azərbaycan-Moldova biznes-forumunda etdiyi çıxışda deyib.

Qaratz Moldovanın onu xarici investorlar üçün vacib istiqamətə çevirən bir sıra üstünlüklərə malik olduğunu bildirib. Belə faktorlardan biri onun əlverişli coğrafi mövqeyə malik olması, həmçinin, onun Avropanın, həmçinin, MDB məkanının ən iri bazarlarına birbaşa çıxışını təmin edən beynəlxalq sazişlərdə iştirak etməsidir.

“Biz rəqəmsal iqtisadiyyatımızı aktiv şəkildə inkişaf etdiririk, son illər bizim ölkə rəqəmsallaşdırma reytinqində öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb ki, bu da texnologiyalar və startaplar üçün nəhəng imkanlar açır”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti