...

Emin Ağalarov: "Krokus İnternəşnl" Çində nümayəndəliyini açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 13:54 (UTC +04:00)
Emin Ağalarov: "Krokus İnternəşnl" Çində nümayəndəliyini açıb

Rusiya, Moskva / Trend müxbir R.Ağayev/ "Krokus İnternəşnl" QSC-nin kommersiya direktoru Emin Ağalarovun verdiyi məlumata görə, şirkət Çin Xalq Respublikasında, Şenjen şəhərində nümayəndəliyini açıb.

Ağalorovun sözlərinə görə, "Krokus Çayna"nın vəzifələrinə şirkətin Çin təşkilatları ilə bağladığı razılıq və müqavilələrin reallaşdırmaq, əməkdaşlıq üçün yeni tərəfdaşlar qazanmaq, Çin bazarında fəaliyyətin tənzimlənməsi daxildir. Nümayəndəlik həmçinin bazarın imkanlarının araşdırılması, iqtisadi baxımdan lazımi məlumatların toplanması istiqamətində də iş aparacaq.

Rusiya bazarında aparılan işlərə toxunaraq Emin Ağalarov bildirib ki, "Krokus Ekspo"nun rəhbərliyi Krasnodarda müasir sərgi mərkəzinin yaradılmasına dair hökumətlə aparılan danışıqları başa çatdırıb.

"Həmçinin Novosibirskdə yeni sərgi meydanının tikintisi ilə bağlı danışıqlar aparılır. "Krokus Ekspo"un Yekaterinburqa gəlişi də mümkündür" - deyə Ağalarov qeyd edib.

Onun sözlərinə görə, "Krokus Ekspo"nun Beynəlxalq Sərgi Mərkəzində 2008-ci ilin oktyabr ayında ərəb ölkələrinin "Ərəbistan Ekspo" adlı beynəlxalq sərgisini keçirmək barədə razılıq əldə olunub. Sərgi ərəb ölkələrinin Rusiyada keçiriləcək birinci regional ekspozisiyası olacaq. Sərgidə Asiya və Afrikadan 30-dan çox ölkənin iştirak etməsi nəzərdə tutulub.

"İnteravto 2007" sərgisi çərçivəsində "Krokus Ekspo"nun rekordlarının təsdiqlənəcəyi elan olunub.

Sərgi mərkəzi üç nominasiya üzrə elan olunub: pavilyonun ən iri sərgi meydançası (394,2 min kv. metr); vahid sərgi kompleksinin ən iri ümumi meydançası (548,8 min kv. metr, keçidlər vasitəsilə birləşdirilmiş üç pavilyon, ən sürətli tikinti - 2006-cı ilin sentyabr ayından 2007-ci ilin avqustun 23-ə qədər sahəsi 2709,5 min kubmetr olan üçüncü pavilyonun tikintisi),

Rekord KİV təmsilçilərinin iştirakı ilə "Rusiyanın rekordlar kitabı"nın baş redaktoru tərəfindən qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti