...

Azərbaycan hökuməti amerika dollarının məzənnəsinin ucuzlaşma templərinin sürətlənməsi ilə bağlı narahatdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti Amerika dollarının məzənnəsinin digər aparıcı dünya valyutalarına nisbətən ucuzlaşması templərinin sürətlənməsi ilə bağlı narahatdır. Bu ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Bu birinci növbədə Azərbaycanın xarici ticarət tərəfdaşlarının ölkəyə idxal edilən mallar üzrə müqavilə dəyərini ABŞ dolları ilə deyil, digər valyutalara göstərmələri ilə bağlıdır.

"Ölkəyə neft satışından amerika valyutası ilə gəlirlər daxil olur, və idxal edilən mallar üzrə müqavilə öhdəliklərinin icra edilməsi nəticəsində məzənnə fərqi ilə bağlı risk yaranır. Biz özümüzü bundan sığorta edə bilmərik", - nazir hesab edir.

Digər tərəfdən, digər konvertasiya edən valyutalara münasibətdə dolların məzənnəsinin kəskin dəyişməsi Azərbaycana idxal edilən malların bahalaşmasına gətirir. Şərifov hökumətin bu şəraitdə, müvafiq tədbirlər görmək niyyətində olduğunu bildirib.

Əhalinin aztəminatlı təbəqələrinin müdafiəsi üzrə və 2008-ci il büdcə proqnozlarına düzəlişlər çərçivəsində 400 mln. manat vəsait ayrılacaq (pensiyalarınm, əmək haqqının, sosial müavinətlərin artırılması).

Azərbaycan hökuməti bu il milli valyutanın məzənnəsinin ABŞ dollarına münasibətdə beşfaizlik - 0,81 manatadək möhkəmlənəcəyini gözləyir. Bu proqnozlar 2008-ci il üçün makroiqtisadi proqnozlarda müəyyən edilib.

Manatın möhkəmlənməsi bir tərəfdən inflyasiyanı saxlayan faktordur. Digər tərəfdən ötən il dünya miqyasında [proqnozlar hazırlanarkən] ciddi proseslər baş verib - dollar aparıcı dünya valyutalarına münasibətdə ciddi şəkildə ucuzlaşıb. Bununla bağlı bütnü dünyada dollar aktivlərinin dəyərinin yenidənqiymətləndirilməsi prosesi müşahidə edilib.

Bundan əlavə, bu il hökumət kifayət qədər böyük həcmdə neft dollarlarının axınını gözləyir. Bu gəlirlər birləşdirilmiş büdcə gəlirlərində müəyyən edilib. Bundan əlavə, xaricdən Azərbaycan iqtisadiyyatına iri investisiyalar gözlənilir. Bu fonda sonrakı trendi - manatın məzənnəsinin dollara nisbətən dəyişməsini qiymətləndirmək çətindir. Bundan əlavə, ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının faiz dərəcələrini azaldacağı gözlənilir və bu hərəkətlər sonrakı dərin düşmədən bir növ dəstək olacaq.

Mayın 3-ə olan rəsmi məzənnə - 0,829 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti