...

"ABB-Moskva" pul hesablamalarının strukturunda dəyişikliklər gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2008 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir İ.Xəlilova, N.İsmayılova/ "ABB -Moskva" MMC pul hesablamalarının strukturunda dəyişikliklər və onların dollara keçirilməsini gözləyir.

"Bu gün, əsasən, rubl və dollarda aparılsa da, rublun möhkəmlənməsi ilə əlaqədar, hesablamalar dollar və ya avroya keçirilə bilər və tamamilə mümkündür ki, ixracatçı-idxalçılar öz hesablamalarını dollarda aparacaqlar", - MMC - nin İdarə Heyətinin sədri Fuad Abdullayev cümə axşamı Bakıda bildirib. 

Onun sözlərinə görə, 2002-ci ildən başlayaraq, ABB - Moskva vasitəsilə pul köçürmələrinin artımı təxminən 40 faiz təşkil edir. 2007-ci ildə bank vasitəsilə təxminən 100 mln. dollar vəsait köçürülüb, bu il 130-135 mln. dolların köçürülməsi planlaşdırılır ki, bunun da nəticəsində, 30-35 faiz səviyyəsində artım gözlənilir.

"Çox sayda ödəniş sistemləri (Moneygram, Western Union, Migom və başqaları) olsa da, bizim bazardakı payımız təxminən 40 faizdir", - Abdullayev bildirib.

ABB - Moskva 2002 - ci ildən fəaliyyət göstərir. Bu gün Bankın Moskva, Moskva əyaləti, Yekaterinburq, Sankt-Peterburqda filial şəbəkəsi var.

Müəllifl əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti