...

Azərbaycanda pul siyasətinin yumşaldılması bank tariflərinin birdən-birə düşməsinə gətirib çıxarmayacaq - Banklar Assosiasiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir Ü.İsmayılova /  

"Azərbaycan Milli Bankı (AMB) tərəfindən uçot dərəcələrinin 3 faizə qədər azaldılması, kommersiya bankları tərəfindən faiz dərəcələrini birdən-birə endirməsinə gətirib-çıxarmayacaq", - Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Eldar İsmayılov hesab edir.

"Aşağı dərəcələrə tam keçid bir qədər müddət aparacaq, çünki əvvəlki kredit və depozit müqavilələri yüksək tariflər üzərində imzalanıb", - Trend -a İsmayılov bildirib.

Onun sözlərinə görə, məcburi ehtiyat normasının 0,5 faizə qədər endirilməsi ölkənin bank sistemini stimullaşdırır, çünki banklar ehtiyatda qalan bir neçə milyon dolları istifadə edə biləcəklər. Ümumilikdə AMB-nin pul siyasətinin yumşaldılması üzrə həyata keçirdiyi tədbirlər nəticəsində, ölkənin bank sisteminin əlavə likvidliyi yarım milyard dolları ötür. ABA rəhbərinin sözlərinə görə, bu, banklara bu vəsaitləri ölkə iqtisadiyyatının real sektorunun kreditləşdirilməsinə yönəltmək imkanı verəcək.

"Bütün bu addımlar Milli Bank tərəfindən dünya maliyyə böhranının Azərbaycanın bank sektoruna təsirinin minimallaşdırılması məqsədilə həyata keçirilir və onlar səmərəli olacaq", - İsmayılov deyib.    

Azərbaycan Milli Bankının idarə heyətinin qərarı ilə, martın 2-dən etibarən uçot dərəcəsi 2 faiz azaldılaraq 3 faizə, faiz dəhlizinin yuxarı dəhlizi 10-dan 8 faizə, manat və xarici valyutada məcburi ehtiyat normaları 3 faizdən 0,5 faizə endirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti