...

Azərbaycanın səhm bazarının dövriyyəsi il ərzində üçdə bir qədər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2009 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir Ü.İsmayılov /

Yanvar-iyul ayları ərzində səhmlər bazarının dövriyyəsi 2008-ci analoji dövründəki göstəricini 24 faiz ötərək 201,695 milyon manat təşkil edib. bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin cümə günü yayılmış məlumatında deyilir.

Səhmlərin ilkin bazarının dövriyyəsi 128,62 milyon manat təşkil edib. Bakı Fond Birjasında səhmlərin təkrar bazarının dövriyyəsi 29,604 milyon manat təşkil edib ki, bu da 43,468 milyon manat təşkil edən qeyri-birja əməliyyatlarından azdır.

Yanvar-iyul ayları ərzində BFB-da səhmlərlə 398 qeyri-birja sövdələşmələrə nisbətdə 1824 təkrar sövdələşmə imzalanıb

Səhmlər bazarının göstəriciləri, milyon manatla

2009-cu ilin yanvar-iyul ayları

2008-cu ilin yanvar-iyul ayları

Fərq (%-lə)

Səhmlər emissiyası

201,695

162,967

24

Birja səhmləri (alqı-satqı üzrə sövdələşmələr)

128,62

73,47

75

Qeyri-birja sövdələşmələri (alqı-satqı üzrə sövdələşmələr

43,468

89,347

-51

İlkin bazarda 435,803 milyon manat dövlət istiqrazlarının, 233,768 milyon manat isə Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notalarının payına düşüb.

Təkrar bazarda dövlət istiqrazları ilə əməliyyatların həcmi 139,423 milyon manat, AMB-nin qısamüddətli notaları ilə 66,88 milyon manat, korporativ istiqrazlar ilə 60,076 milyon manat təşkil edib.

Dövlət istiqrazları ilə həyata keçirilən REPO əməliyyatlarının həcmi 24,894 milyon manat, AMB-nin qısamüddətli notaları ilə 1,693 milyard manat təşkil edib.

Borc qiymətli kağızlar bazarının göstəriciləri (milyon manatla)

Qiyməli kağızların növləri

2009-cu ilin yavnar-iyul ayları

2008-ci ilin yanvar-iyul ayları

Fərq (%-lə)

Korporativ istiqrazların emissiyası

Korporativ istiqrazlar (alqı-satqı üzrə sövdələşmələr)

60,076

41,386

45

Dövlət istiqrazları (yerləşdirmə)

286,37

170,537

68

Dövlət istiqrazları (alqı-satqı üzrə sövdələşmələr)

139,423

25,274

5,5 раз

AMB-nin notaları (yerləşdirmə)

233,763

1 081,778

-78

AMB-nin notaları (alqı-satıq üzrə sövdələşmələr)

66,880

324,779

-79

AMB-nin repo/əks-repo notaları

1 693,898

3 267,145

-48

veksel

259,1

57,4

4,5 dəfə

Avqustun 21-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti