...

Bakıda "Maliyyə institutları MDB dövlətləri iştirakçılarının iqtisadiyyatının modernləşdirilməsinin əsasıdır" beynəlxalq konfransı öz işini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 15:25 (UTC +04:00)
Bakıda "Maliyyə institutları MDB dövlətləri iştirakçılarının iqtisadiyyatının modernləşdirilməsinin əsasıdır" ikigünlük III beynəlxalq konfrans öz işini başa vurub.
Bakıda "Maliyyə institutları MDB dövlətləri iştirakçılarının iqtisadiyyatının modernləşdirilməsinin əsasıdır" beynəlxalq konfransı öz işini başa çatdırıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.Xəlilova/

Bakıda "Maliyyə institutları MDB dövlətləri iştirakçılarının iqtisadiyyatının modernləşdirilməsinin əsasıdır" ikigünlük III beynəlxalq konfrans öz işini başa vurub.

Konfrans iştirakçıları Birlik dövlətlərinin iqtisadiyyatının strukturunun modernləşdirilməsinin təminində birgə səylərin fəallaşdırılmasını qeyd edərək, proqram məsələ və mövzuları nəzərdən keçiriblər. Xüsusi diqqət regional maliyyə-sənaye mərkəzi və Xəzəryanı regionun kompleks infrastruktur modernləşdirilməsinin vacib subyekti kimi, Azərbaycanın uğurlu maliyyə-iqtisadi inkişafına yönəlib.

Forum iştirakçıları öz çıxışlarında qeyd ediblər ki, dünya maliyyə böhranının nəticələri Birlik ölkələrinin iqtisadiyyatının nisbətən zəif yerlərini, xammal mallarından asılılığını, gəlirlər balansında ixracın yüksək cəmləşməsini və onların xarici bazarlara çıxarılmasını gərginləşdirərək, Birlik ölkələrinin iqtisadiyyatının sosial-iqtisadi inkişafının kompleks məsələlərini daha kəskin edib.

Forumda xüsusiləşmiş inkişaf banklarının ticarət və investisiya əməliyyatları institutları kimi, MDB ölkələri arasında rolunun artırılması, hüquqi və fiziki şəxslərə hərtərəfli xidmətin göstərilməsi üçün innovasiya və mövcud bank texnologiyalarının tətbiqinin və genişləndirilməsinin zəruriliyi, regional maliyyə institutlarının bir-birini tamamlayan bazasında vahid standartlar əsasında işləyən tam maliyyə infrastrukturunun genişmiqyaslı tətbiqi, dövlət-özəl tərəfdaşlığı prinsiplərində innovasiya layihələrinin həyata keçirilməsinin tələbat məsələləri fəal surətdə müzakirə edilib.

Konfransın yekunları üzrə hazırlanan bəyannamə layihəsi əsas götürülüb, lakin Maliyyə-Bank Şurasının baş direktor müavini Əhməd Qəhrəmanovun təklif etdiyi kimi, bəyannamə bu gün səslənən təkliflər əsasında bir həftə ərzində yenidən işlənəndən sonra qəbul edilə bilər.

"Sənəddə deyilir ki, iqtisadiyyatın strukturunun kompleks modernləşdirilməsi o halda həyata keçirilə bilər ki, maliyyə bazarlarında müvafiq şəkildə islahatlar aparılsın və modernləşdirilsin; regional mərkəzlər yaratmağa imkan verən müvafiq təsisat şərtləri formalaşdırılsın, modernləşdirilmə proqramlarının həyata keçirilməsinin stimullaşdırılması üçün uzunmüddətli investisiyaların cəlb edilməsi tələb olunsun", - Qəhrəmanov bildirib.

Birlik dövlətlərində investisiya cəlbediciliyinin artırılması qismində təşkilati-struktur həll kimi qanunvericilk bazasının və MDB ölkələrində transsərhəd azad ərazi-sənaye iqtisadi zonaları üçün sənaye istehsalı, gömrük anbarları və nəqliyyat-logistik mərkəzlərin, kənd təsərrüfatı və kiçik-orta biznes obyektlərinin müəyyən güzəştlərlə yaradılması təklif olunub.

"Yekun sənəddə MDB ölkələri arasında alış-verişin modernləşdirilmiş elektron sistemini göstərmək təklif olunub; bu, təcrübədən keçən çox ciddi modeldir və məsafəli səviyyədə ticari-iqtisadi münasibətləri inkişaf etdirməyə imkan verəcək", - Qəhrəmanov qeyd edib.

Onun sözlərinə görə, yekun sənəddə əlavə ehtiyatların və investisiya resurslarının cəlb edilməsi mənbələrinin axtarışı ilə bağlı məsələlər öz əksini tapacaq və əsas uzunmüddətli investisiya resursları kimi dövlətlər arasında vəsaitlərin böyük investisiya layihələrinə məqsədyönlü şəkildə yönəltməyə imkan verən əhalidən alınan modernləşdirilmiş borclar çıxış edə bilər.

Maliyyə bazarlarının modernləşdirilməsinin ilkin qərarı ilə bilavasitə bağlı olan MDB-nin regional maliyyə mərkəzlərinin formalaşdırılması sahəsində aşağıdakı istiqamətlər təklif olunub:

maliyyə bazarı tutumunun və şəffaflığının artırılması;

bazar infrastrukturunun effektivliyinin təmini;

onun iştirakıları üçün əlverişli vergi mühitinin yaradılması və maliyyə bazarında hüquqi tənzimlənmənin təkmilləşdirilməsi.

Xəbər lenti

Xəbər lenti