...

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası FICCI ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2011 14:17 (UTC +04:00)
Çərşənbə günü Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Hindistan Ticarət-Sənaye Palatası federasiyası (FICCI) əməkdaşlıq haqqında memorandum imzalayıb.
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası FICCI ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir N.İsmayılova/

Çərşənbə günü Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Hindistan Ticarət-Sənaye Palatası federasiyası (FICCI) əməkdaşlıq haqqında memorandum imzalayıb.

Azərbaycan tərəfdən sənədi ASK prezidenti Məmməd Musayev, Hindistan tərəfdən isə FICCI baş katibinin köməkçisi Şeyla Sudhakaran imzalayıb.

"İnanırıq ki, FICCI və ASK birgə səylərlə ölkələr arasında daha sıx əməkdaşlığın təmin olunması məqsədilə effektiv forum yarada biləcəklər. ASK nümayəndələrini Hindistana səfərə dəvət edirik", - Sudhakaran bildirib.

Musayevin sözlərinə görə, əgər 2005-ci ildə iki ölkə arasında mal dövriyyəsi 56 milyon dollar təşkil edirdisə, 2010-cu ildə 335 milyon dollara çatıb ki, bu da artımın altı dəfə olmasından xəbər verir.

Azərbaycanla Hindistan arasında əməkdaşlıq üçün prioritet istiqamətlər kənd təsərrüfatıdır və "mən bu sahədə əməkdaşlığın inkişafını zəruri hesab edirəm".

"Öz növbəsində, ASK Hindistandan olan sahibkarlara hüquqi dəstək göstərməyə hazırdır. Daha effektiv əməkdaşlıq üçün ildə azı iki dəfə qarşılıqlı səfərlərin təşkil edilməsi vacibdir", - Musayev bildirib.

Onun sözlərinə görə, ASK ilin ikinci yarısında [sentyabr-oktyabrda] bu ölkənin ticarət palatası ilə əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədilə Hindistana səfər etməyi planlaşdırır.

Hindistanın Azərbaycandakı səfiri Debnat Şou deyib ki, Azərbaycanda olduğu kimi, son illər Hindistanda da yüksək iqtisadi artım müşahidə olunur.

"Hazırda Azərbaycandan idxal olunan əsas mallar neft və neft məhsullarıdır. Lakin bu nümayəndə heyətini Azərbaycana səfəri qeyri-neft sektorunda əməkdaşlığın inkişafına yönəlib", - diplomat bildirib.

"Bilirik ki, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üçün tədbirlər görür və kənd təsərrüfatı, İT, ticarət və istehsal fəaliyyəti kimi sahələrdə Azərbaycanla təcrübəmizi bölüşməyə hazırıq", - Şou deyib.

Onun sözlərinə görə, Hindistan Azərbaycan neftini Bakı-Tbilsi-Ceyhan nefet kəməri vasitəsilə idxal edir.

"Təəssüf ki, mövcud infrastruktur Azərbaycan qazının Hindistana idxalına imkan vermir, lakin onun nəqli üçün digər yollar axtarılır", - səfir deyib.

Sudhakarnın sözlərinə görə, ölkələr arasında mal dövriyyəsinin əsasını Azərbaycandan idxal təşkil edir, çünki hind mallarının Azərbaycana ixracı əsasən üçüncü ölkə vasitəsilə həyata keçirilir və bu həcmlər nəzərə alınmır.

Xəbər lenti

Xəbər lenti