...

"Ernst & Young" və Azərbaycan Dövlət İqtisad Universiteti mühasibat uçotu üzrə aralıq kursun altıncı ilinə başladılar

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 17:59 (UTC +04:00)
"Ernst & Young" şirkətinin Bakı ofisi və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) universitetdə Xüsusi İstedadlar Qrupu (XİD) üçün mühasibat uçotu üzrə aralıq kursun altıncı ilinə başlayıblar.
"Ernst & Young" və Azərbaycan Dövlət İqtisad Universiteti mühasibat uçotu üzrə aralıq kursun altıncı ilinə başladılar

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

"Ernst & Young" şirkətinin Bakı ofisi və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) universitetdə Xüsusi İstedadlar Qrupu (XİD) üçün mühasibat uçotu üzrə aralıq kursun altıncı ilinə başlayıblar.

Bu proqram 2006-cı ildə ABŞ Ticarət Palatasının maliyyə dəstəyi ilə başlayıb və tələbələrə texniki baxımdan mürəkkəb mühasibat uçotu konsepsiyalarını qavramağa unikal imkan yaradır.

Bir sıra XİD məzunları 2006-cı ildən başlayaraq "Ernst & Young" şirkətində, eləcə də aparıcı beynəlxalq və yerli şirkətlərdə işləməyə başlayıb və müvəffəqiyyətlə irəliləyirlər.

Bu proqramın ilk XİQ tələbə iştirakçılarından biri olmuş və hazırda "Ernst & Young" şirkətində audit üzrə baş ekspert vəzifəsində çalışan Pərviz Babazadə öz təcrübəsi ilə bölüşüb: "Bu proqram müasir, Avropasayağı bir qaydada düşünülüb. Bizə aralıq mühasibat uçotu üzrə orijinal kitablar verilib və kursu bitirdiyimiz məqamda mən unikal bilik əldə etdiyimi hiss etdim. Bu bilik bazası Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçən bir ölkə üçün çox önəmlidir".

"Ernst & Young" şirkətində audit üzrə menecer və kurs təlimçisi olan Nigar Əliyeva XİQ tələbələrinin çox məlahətli olduğu və böyük ambisiyalara malik olduğu üçün onların təlimləndirilməsindən həqiqi zövq aldığını qeyd edib.

"Ernst & Young" şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev hesab edir ki, tələbələrə mühasibat uçotunun öyrənilməsində kömək etmək üçün sərf olunan vaxt və səylər "Ernst & Young" şirkətinin vacib vəzifələrindən biridir: "Azərbaycan iri dövlət müəssisələrinin maliyyə vəziyyətinin şəffaflığını təmin etmək üçün mühüm addımlar atıb və bizim hamımızın qarşılaşdığımız çətinliklərdən biri yüksəkixtisaslı mühasiblərin sayının az olmasıdır. Bu kursu bitirmiş tələbələrin çoxu sonradan mühasibat uçotu peşəsinin ən yüksəksəviyyəli şəhadətnaməsi ilə təmin edən Diplomlu Mühasiblər Assosiasiyasının (ACCA) və ABŞ Lisenziyalı İctimai Mühasiblər İnstitutunun (US CPA) peşəkar tələblərini öyrənib və imtahanlarını verib.

"Ernst & Young" audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. "Ernst & Young" müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 18 ofisdə 3 500 peşəkar çalışır.

"Ernst & Young" 17 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini verib.

Xəbər lenti

Xəbər lenti