...

Azərbaycan ilə FAO arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 15:02 (UTC +04:00)
Azərbaycan artıq 12 ildir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzvüdür. Bu illər ərzində təşkilatın beynəxalq tədbirlərində fəal iştirak edib və qurumun qarşıya qoyduğu öhdəlikləri yerinə yetirib.
Azərbaycan ilə FAO arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan artıq 12 ildir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzvüdür. Bu illər ərzində təşkilatın beynəxalq tədbirlərində fəal iştirak edib və qurumun qarşıya qoyduğu öhdəlikləri yerinə yetirib. Trend-in məlumatına görə, bu fikirləri ölkəmizdə səfərdə olan FAO-nun baş direktoru Joze Qratsiano da Silva kənd təsərrüfatı naziri İsmət Abasovla keçirdiyi görüşdə deyib.

Görüşdə Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs olunub. Abasov bildirib ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, aqrar sahədə də inkişaf edir. Azərbaycan hökuməti bu sektorun inkişafına hər il dövlət büdcəsindən vəsait ayırır. Son 5 ildə Azərbaycan iqtisadiyyatında ümumdaxili məhsul bir neçə dəfə artıb.

Kənd təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən layihələrdən də danışan nazir əlavə edib ki, hazırda 4 layihə tamamlanıb, 9 layihənin işi isə davam etdirilir. Gələcəkdə isə qurumun regional ofisinin yaradılması və birgə layihələrin hazırlanması planlaşdırılır. Bu da ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva deyib ki, Azərbaycanla təşkilat arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bakıda keçiriləcək FAO-nun Avropa üzrə 28-ci regional konfransına da toxunan qurumun baş direktoru vurğulayıb ki, beynəxalq tədbirlərin burada keçirilməsi Azərbaycanın geniş imkanlara malik olduğunu bir daha sübut edir.

Görüşdə təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti