...

Elman Rüstəmov 100 manatlıq əsginaza görə komissiyanın ləğvi məsələsinə aydınlıq gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2013 14:51 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ilin fevralından kommersiya banklarına qarşı tətbiq edilən 0,3 faiz komissiyanı ləğv etmək niyyətində deyil. Bu komissiya AMB-dən onlara verilən hər 100 manatlıq nağd əsginaza görə alınır.
Elman Rüstəmov 100 manatlıq əsginaza görə komissiyanın ləğvi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ilin fevralından kommersiya banklarına qarşı tətbiq edilən 0,3 faiz komissiyanı ləğv etmək niyyətində deyil. Bu komissiya AMB-dən onlara verilən hər 100 manatlıq nağd əsginaza görə alınır.

Trend-in məlumatına görə, AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov çərşənbə günü jurnalistlərə deyib ki, 100 manatlıq əsginaza görə komissiyanın tətbiqi müvəqqəti tədbir deyil.

"Bu qərar öz səmərəliliyini göstərdi, biz pul kütləsi strukturunda dəyişiklikləri görürük və bu istiqamətdə işi davam etdiririk. Əgər əvvəllər 100 manatlıq əsginazlar digər əsginazları sıxışdırıb çıxarırdısa, hazırda onun bazar payı daha kiçik nominallı əsginazların payının artması hesabına azalıb. Həmçinin metal qəpiklər paylarını artırıblar",- Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, bu, pul dövriyyəsinin sadələşdirilməsinə xidmət edir və əhalinin müəyyən xidmətlərdən istifadəsini sadələşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti