...

Azərbaycan nümayəndə heyəti Serbiyaya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 18:22 (UTC +04:00)
Martın 4-də Serbiyada Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.
Azərbaycan nümayəndə heyəti Serbiyaya səfər edəcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Martın 4-də Serbiyada Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Komissiyanın 2-ci iclasından ötən dövrdə görülmüş işlər, Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə Baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyaiçdir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Serbiya Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti