...

İnvestisiya siyasətinin əsas istiqamətləri (II hissə. Müdafiə hüququ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2014 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Azərbaycanda neftçıxarmanın azalması və iqtisadiyyatın xammal modelinin alternativinin axtarışı zəruriyyəti şəraitində, məsələn, azərbaycan iqtisadiyyatına ancaq maliyyə vəsaitlərini deyil, həm də istehsalat sahəsində və istehsal olunan məhsulun sonrakı satış sahəsində biliklərini verməyə hazır olan investorların cəlb edilməsi əhəmiyyətli dərəcədə aktuallaşıb. Təxminən sonuncu 20 il ərzində kapitalın əhəmiyyətli şəkildə toplanması kapitalı xarici aktivlərə qoymağa üstünlük verən kiçik bir qrup şəxslərdə və dövlətdə baş verirdi. Azərbaycanın Dövlət Neft Fondunun yaradılmasını (1999-cu ilin dekabrı) dövlət kapitalının yığılmasının hesabat nöqtəsini hesab etmək olar.

Məlum olduğu kimi, investisiya gəlir əldə etmək məqsədi ilə kapitalın qoyuluşudur. İnvestisiyalar kreditdən investor üçün təhlükənin dərəcəsi ilə fərqlənirlər- krediti və faizi layihənin mənfəətliyindən asılı olmayaraq danışılmış müddətdə qaytarmaq lazımdır, lakin investisiyalar ancaq gəlir gətirən layihələrdə qaytarılırlar və mənfəət gətirirlər. Əgər layihə ziyanlıdır -investisiyalar tam və ya qismən itirilə bilər. Yəni, investorun ölkəyə gəlməsi üçün o öz təşəbbüsündən gəlir götürəcəyində əmin olmalıdır. Ancaq investisiyaların cəlb edilməsi üçün digər tələblər də mövçuddur- bu geniş mənada bu və ya digər ölkədə təhlükəsizliyin və biznesin aparılmasının müəyyən şəffaflığın zəmanətidir. İkinci aspekt haqqında mən digər materialda yazacam, təhlükəsizlik məsələlərində isə burada danışacam.

Azərbaycan da aid olunan inkişaf edən ölkələr öz iqtisadiyyatların quruluşu zamanı eyni zamanda bir çox məsələləri həll etməli olurlar, hansıların ki mühüm hissəsi öz vacibliyinə və mürəkkəbliyinə görə özbaşına həll oluna bilməz. Mən belə düşünürəm ki, inkişaf edən ölkələrin əsas problemi pulun, infrasturkutun və s. olmaması deyil, məhz uzunmüddətli ictimai və elitdaxili konsensusa nail olmaq üçün qaydaların yaradılmasının bacarmamaqlarıdır. Deməli, daha siyasi və iqtisadi cəhətdən inkişaf etmiş ölkələr özləri, gələcəkdə isə, daha sıx qarşılıqlı əlaqələri nəzərə alaraq, kollektiv şəkildə ümumbəşər yaşayış qaydalarını yaradırlar. Bu zaman əvvəl işlənmiş və qəbul edilmiş qaydaların möhkəmliyi, düzgünlüyü və əbədiliyi haqqında bəyanatlara inanmaq lazım deyil. Bəşəriyyətin əksər hissəsi indi yaşadığı üzrə qaydalar 20-ci əsrin 40-cı illərin ortalarında antihitler koalisiya ölkələri tərəfindən tərtib edilmişdir -ABŞ, SSRİ və Böyük Britaniya. Qloballaşma üçün əsas kimi üç başlıca komponent çıxış etdi:

- beynəlxaq hüquq (BMT və digər beynəlxalq təşkilat və razılıqlar);

- iqtisadi qloballaşma (Bretton -VUD maliyyə arxitekturası, 1944 il və Vaşinqton konsensusu, 1989 il);

- nüvə silahının yaranması və yayılması və onun çatdırılma vasitələri və həmçinin iki ziddiyyatlı dünyanın formalaşması (ABŞ və SSRİ, hərəsi öz satellitləri ilə), bu da yeni dünya müharibəsini mümkünsüz etdi. Bəşəriyyətin nüvə silahının istifadəsinin nəticələrinin anlaması çoxkomponentli təhlükəsizlik sistemini yaratmağına imkan verdi.

Suveren ölkə kimi, Azərbaycan qloballaşma prosesinə aparıcı neft şirkətlərinin konsorsumu ilə ilk neft müqaviləsini bağladığı zaman, yəni 1994-cü ilin sentyabrında qoşuldu.Son 20 il ərzində Azərbaycan iqtisadiyyatın xammal monomədəni eksport-istiqamət modeli çərçivəsində inkişaf edirdi. Bu dövr qloballaşmanın apoqeyası ilə üst-üstə düşdü. Azərbaycan öz iqtisadiyyatının yeni modelə dəyişilməsinə başlayanda isə, qloballaşma prosesləri tamamilə başqa bir şeyə dəyişildi. Biz düyanın yeni siyasi reallığının formalaşmasının şahidiyik, hansında ki heç bir ölkə yeganə hakim və zəmanətçi rolunda çıxış edə bilməz.Bu proses dünya iqtisadi böhranı fonunda keçir və onun bilalvasitə nəticəsidir. Yəni, iqtisadi böhran ancaq iqtisadi çərcivələrindən kənara çıxıb.Biz əvvəl mümkün olmayan şeylərin şahidi olduq. Məsələn, Kiprda 2013-cü ildə keçirilən kipr banklarının müştərilərinin vəsaitlərinin faktiki konfiskasiyanın (Daha ətraflı burada - http://www.trend.az/capital/business/2135186.html). Xatırlatmaq istəyirəm ki, Kipr 01 may 2004-cü il tarixindən Avropa Şurasının üzvüdür, 2009-cu ildən isə Kiprda avro işlənilir. Dünya böhranının dərslərini nəzərə alaraq, 2013-cü ilin dekabr ayında AŞ ölkələrinin Maliyyə Nazirləri Avropa Bank İttifaqınin yaradılması haqında razılığa gəldirlər. Bank İttifaqının yaradılması haqqında razılığın mətnində kipr təcrübəsi nəzərə alınıb, orada məhz belə adlanan " məsuliyyət kaskadı" haqqında bənd var,hansı ki bank səhmdarlarını , istiqraz vərəqələrinin sahblərini və ən vacibi, bu və ya gidər problemli bankda aktivləri 100 min avrodan çox olan əmanətçiləri (!) bankın ləğv ediməsini maliyyələşdirilməsini məcbur edəcək. Belə çıxır ki, Avropa əmanətlərin saxlanılmasına zəmanət verməyəcək, üstəlik bank depozitlərinin sahiblərindən bank fəaliyyətinin risklərini öz üzərlərinə götürməyi tələb edəcək. Bu isə Avropa Şurası ölkələrinə müəyyən anda qarşılıqlı qaydada dövlət vəsaitlərini cəlb etmədən kommersiya banklarının həm aktivlərini, həm də passivlərini ödəməyə imkan verəcək. Bununla bərabər, Avropa Şurası ölkələri və ABŞ bank sirrini ləğv etdilər. Burada bir sual yaranır: biz belə bank sisteminə inana bilərikmi? Belə olmazmı ki, sahənin belə idarə edilməsi prinsiplərini qəbul etmiş ölkələr faktiki olaraq çoxillik iqtisadi siyasətinin nəticələrinə görə məsuliyyəti öz üzərlərindən atmağa hazırlaşırlar və başa düşürlər ki, yığılmış borclar o qədər böyükdür ki, onları heç ödəmək yox, onlara artıq xidmət etmək mümkün deyil? Belə olan halda mərkəzi bankın müstəgillik istitutunu ilə neyləmək lazımdır?

Beynəlxalq hüquqa riayət etdikdə də işlər bundan yaxşı deyil. Əvvəllər beynəlxalq hüquq ölkələr qərarları birlikdə müzakirə edib qəbul edə biləcəyi çərçivədə olan qayda və koordinatlar sistemi kimi başa düşülürdü. Bunun üçün ali daimi fəaliyyətə olan forum Birləşmiş Millətlər Təşkilatıdır. Lakin 2014-cü ilə qəti aydın oldu ki, beynəlxalq hüquq ifa üçün mütləq olmayan deklarasiya siyahısına çevrilib, kolleqiallıq isə güc-yeganə dəlil olan bəzi ölkələr üçün ancaq bir pərdə oldu.Yaranmış şərait onu göstərir ki, az və çox ümumi qaydalar üzrə qloballaşmış dünya həm iqtisadi, həm siyasi aspektdə bloklara, ittifaqlara və s. ayrılmalar istiqamətinə böyük addım edib. Mübariz ordusu olamayan zəif ölkələr, səmərəli və nüfuzlu hakimiyyət institutları güclü müttəfiq axtarışını davam edirlər, hətta həm öz iqtisadiyyatlarında, həm müstəqilliklərinə zərər vuraraq. Belə ölkələr üçün açar söz-ölkə üçün deyil, elit üçün təhlükəsizlikdir.

Lakin qayıdaq Azərbaycana. Artıq ancaq Azərbaycanın öz silahlı güvvələrini sistemli şəkildə gücləndirməsi, daxili sarsıntılardan hər cür çəkinməsi onu göstərir ki, azərbaycan elitasının əksər hissəsi və cəmiyyət anlayırlar ki, ancaq müstəqil Azərbaycanın mövcudluğu sabitliyin və qazandıqlarının saxlanmasının yeganə zəmanətidir. Xarici dünyada baş verənlərdən biz faydalana bilərik? Fikirləşirəm ki, bəli. məsələn, bizim ölkədən olan investorlar, azərbaycanlılar üçün şərait yaratmaq. Mənim firkimcə, bu istiqamətdə ən vacib addım qanunculuğun möhkəmlənməsinə cəhdlərin davam edilməsi və ən vacibi, məhkəmə hakimiyyətinin icra hakimiyyətindən həqiqi müstəqilliyinin möhkəmlənməsinə addımlar. Bu ancaq ölkənin daxili inkişafında növbəti və mühüm addım atmağa imkan verməyəcək, hətta biznes üçün məhkəmələrdə ədalətə " tələbatı" kompensasiya etməyə, yəni " ikinci dairə" adlanan xaricdə təqdim olunan azərbaycan biznesə, o cümlədən bizim diasporumuzun əlində cəmlənən biznesə tələbatı ödəməyə imkan verəcək. Beləliklə, Azərbaycan öz biznes rezidentlərini və həmvətənlərini xarici təhlükələrin bir hissəsindən daxili əlverişli biznes mühitinin və hüququn mövcudluğu ilə müdafiə edə bilər.

Bu indi xüsusi ilə vacibdir, çünki dünya iqtisadi böhranın tez bitməsini və 2008-ci ilin sonuna olan vəziyyətin qayıtmasını gözləməyə dəyməz. O dünya daha yoxdur. Böhranın iqtisadi fazası ancaq tədarükçülərin gəlirlərinin və xərclərinin arasında olan bərabərliyə nail olunan zaman bitəcək. Dünya maliyyə və siyasi sistemləri birgə tələbatın belə sıxılmasına dayana biləcəklərmi-bu böyük sualdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti