Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda əlilliyə qarşı münasibəti kökündən dəyişmək lazımdır. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkənin statistika sisteminin təkmilləşdirilməsi üzrə Aİ-nin tvininq layihəsinin reallaşdırılmasına həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, nazirlik yaxın vaxtlarda əlilliklə bağlı qanun layihəsini baxılması üçün Milli Məclisə təqdim edəcək: "Əlillərə təkcə sağlamlıq imkanları məhdud insanlar kimi baxmalı deyilik. Onların sosial baxımdan cəmiyyətə inteqrasiya oluna bilib-bilmədiklərini nəzərə almaq lazımdır".
S.Müslümov təəssüflə bildirib ki, Azərbaycanda əlillik üzrə statistika sovet metoduna əsaslanır: "Aİ-də isə statistika 4 əsas element əsasında formalaşır: sosial funksiyalar, sağlamlıq vəziyyəti, sosial müdafiə və ətraf mühit".