...

"Azərsun": Kəllə qəndin istehsalında heç bir zərərli qatqıdan istifadə edilmir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2018 17:42 (UTC +04:00)
“Azərsun Holdinq” Kəllə Qənd Zavoduna mediatur təşkil edib.
"Azərsun": Kəllə qəndin istehsalında heç bir zərərli qatqıdan istifadə edilmir (FOTO)

Bakı. Trend:

“Azərsun Holdinq” Kəllə Qənd Zavoduna mediatur təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, son zamanlar kəllə qənd məhsulunun ağardılması üçün süni və insan sağlamlığı üçün zərərli qatqı maddələrinin əlavə edilməsi ilə bağlı mətbuatda yayımlanmış xəbərlərlə əlaqədar “Azərsun Holdinq” KİV nümayəndələri üçün “Final”, “Azərşəkər”, “Evim” markalarının istehsal edildiyi Kəllə Qənd Zavoduna mediatur təşkil edib.

İstehsal müəssisəni ziyarət edən media nümayəndələri kəllə qəndin istehsalı prosesinin şahidi olublar, onlara bütün istehsal prosesinin qapalı mühitdə, xammalın qəbulundan son məhsulun qablaşdırılmasınadək, tam avtomatlaşdırılmış avadanlıqlar hesabına həyata keçirildiyi nümayiş etdirilib. Jurnalistlərə Kəllə Qənd Zavodu məhsulların istehsalı zamanı onların ağardılmasında heç bir kimyəvi, süni və zərərli olan kənar qatqılardan istifadə edilmədiyini, məhsulun ağardılması üçün düzgün texnoloji proseslə emal olunduğu, istehsalda sentrafuqanın tətbiqi ilə məhsulun təbii olaraq bəyaz hala gətirildiyini söyləyən Proses və Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Yalçın Xəlilov kəllə qənd məhsulunun ölkə ərazisində yetişdirilən şəkər çuğundurundan hazırlandığını bildirib. Xammalın qəbulundan hazır məhsul alınaraq qablaşdırmaya qədər olan bütün prosesi izləyən media mənsubları burada da digər “Azərsun” müəssisələrində olduğu kimi keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyinə əmin olublar.

Qeyd edək ki, bir müddət öncə müxtəlif mətbuat orqanları və mütəxəssislər ölkənin qənd bazarında durumun ürək açan olmadığını bildiriblər. İstehlakçılara təklif olunan adıçəkilən məhsulun böyük hissəsinin saxta olduğu və insan orqanizmi üçün çox təhlükəli olan kükürd tərkibli “sodium hidrosulfit”, əhəng və digər ciddi fəsadlara yol açan maddələrdən istifadə edildiyi barədə müxtəlif məlumatlar yayılmışdı. Jurnalistləri “Final”, “Azərşəkər”, “Evim” markalarının istehsal edildiyi Kəllə Qənd Zavoduna dəvət edən “Azərsun Holdinq” istehsal prosesinin dünyanın aparıcı şirkətlərinin mütərəqqi avadanlıqlarının, texnoloji qurğuların tətbiqi ilə beynəlxalq standartlara cavab verən, yüksək gigiyenik şərtlərə riayət olunmaqla həyata keçirildiyini və heç bir zərərli qatqıdan istifadə edilmədiyini nümayiş etdirmiş oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti