...

Litva Azərbaycan yüklərinin Avropaya ucuz daşınması üçün şərtlər təklif edir (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2019 19:47 (UTC +04:00)
Litva Azərbaycan yüklərinin Avropaya ucuz daşınması üçün şərtlər təklif edir
Litva Azərbaycan yüklərinin Avropaya ucuz daşınması üçün şərtlər təklif edir (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Litva Azərbaycan yüklərinin Avropaya ucuz daşınması üçün şərtlər təklif edir.

Bu barədə Trend-ə Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən bildiriblər.

Məlumat verilib ki, Litva Bakı-Tbilisi-Qars dəmir yolunu digər tədarük marşrutlarına alternativ olaraq nəzərdən keçirir:

“Bizə bu marşrut üzrə Azərbaycanın daşıma planları maraqlıdır. Litva yaxşı işləyən multimodal nəqliyyat-logsitika sistemini yaradıb və tranzit ölkə qismində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin tərkibində vacib rol oynayır. Ona görə də ölkəmiz Azərbaycana yüklərin Avropa və Skandaniva ölkələrinə təhlükəsiz, sürətli və ucuz daşınmasını təklif edir”.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti