...

SOCAR Georgia şirkəti Gürcüstandakı YDS-in istismara verilmə tarixini müəyyənləşdirib

Energetika Materials 28 Fevral 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə şirkəti - SOCAR Georgia mart ayında öz brendi altında bir neçə yanacaq doldurma stansiyalarının (YDS) istismarına başlamaq niyyətindədir. Bu haqda cümə axşamı şirkətdən məlumat verilib.

Azərbaycan Dövlət Neft Şirkətinin 51 faiz iştirak payına malik olan SOCAR Georgia şirkəti hazırda Gürcüstanda 19 yanacaq doldurma məntəqəsinə malikdir. Bura həmçinin fəaliyyət göstərən və tikilməkdə olan məntəqələr də daxildir.

İstismara verilən stansiyaların dəqiq sayı yaxın günlərdə məlum olacaq.

Xəbər lenti

Xəbər lenti