Azərbaycan, Bakı, 12 may/ Trend / Bu yaxınlarda BP şirkəti özünün "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz qaz kəməri layihələri üzrə tərəfdaşları ilə birgə İctimai Sərmayə Proqramının (İSP) növbəti mərhələsi üçün yeni qrant ayırıb. Bu barədə BP-nin bazar ertəsi yayılan məlumatında deyilir. Proqram Azərbaycanın Cənubi Qafqaz qaz kəməri və Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca yerləşən qərb rayonlarını əhatə edəcək.
Proqramda əsas diqqət gəlir yaradılması, kənd təsərrüfatının inkişafı, sosial infrastruktur və sağlamlıqla bağlı məlumatlılığın gücləndirilməsinə yönəlib. Proqram 18 ay ərzində reallaşdırılacaq.
Layihə xarici əlaqələr, hüquqi qeydiyyat prosedurları, biznes-planlaşdırma, maliyyə və idarəetmə sistemlərinin yaxşılaşdırılması və uzunmüddətli icma iqtisadi planlarının hazırlanmasını əhatə edəcək.
Layihənin reallaşdırılmasını yerli "Ümid", "Birlik" və "Gənc Maarifçilər" təşkilatları ilə əməkdaşlıqda Uşaqları Müdafiə Təşkilatı (Save the Children)
Bu Proqram yalnız ölkənin sosial-iqtisadi inkişafının dəstəklənməsi üçün deyil, həm də BTC və CQBK boru kəmərləri boyunca yerləşmiş icmaların həyatına müsbət dəyişikliklərin gətirilməsinə hesablanıb.
İctimai Sərmayə Proqramı 13 rayonu əhatə edir: Bakı, Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Gəncə, Samux, Şəmkir, Tovuz və Ağstafa.
Proqram çərçivəsində 52 təhsil obyekti, 75 içməli su və suvarma sistemi, təxminən 221 km yol və 42 tibb obyekti tikilib.