...

Azərbaycanda butan-butilenin istehsalı artıb

Energetika Materials 6 İyun 2008 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend / Yanvar-mayda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş "Azneftyanacağ") 69,6 min ton butan-butilen fraksiyası istehsal olunub, ötən ilin yanvar-may ayında bu göstərici 61,4 min ton təşkil edib. Bu haqda Azərbaycan Dövlət Neft Şirkətindən bildirilib.

2007-ci ildə cəmi 145 min ton butan-butilen fraksiyası istehsal olunub. 2006-cı ildə butan-butilen fraksiyasının istehsalı 148,22 min ton təşkil edib. 2005-ci ildə bu göstərici 129,62 min tona bərabər olub.

2007-2006-ci illərdə olduğu kimi, 2008-ci ilin yanvar-mayında propan-propilen fraksiyası sözügedən müəssisədə istehsal olunmayıb. 2005-ci ildə propan-propilenin istehsal həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti