Azərbaycan, Bakı, 23 iyun / Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 21-də Bakıda imzalanan "Azərbaycan Respublikası hökuməti ilə Litva Respublikası hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlığa dair hökumətlərarası müqavilə"ni təsdiq edib. Bu barədə rəsmi mətbuatda bildirilir.
Bu müqavilənin reallaşdırılması üçün müvafiq tədbirlərin görülməsi ilə əlaqədar Azərbaycan Nazirlər Kabinetinə göstəriş verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinə isə bu müqavilənin qüvvəyə minməsi üçün Azərbaycan daxilində bütün prosedurların başa çatması baradə Litva hökumətinin xəbərdar edilməsinə dair tapşırıq verilib.