...

OPEK dünyada neftə olan tələbatın aşağı düşəcəyini proqnozlaşdırır

Energetika Materials 14 May 2009 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir A.Bədəlova /  

OPEK 2009-cu ildə dünyada neftə olan tələbatın sutkada 1,6 milyon barel azalaraq 84,03 milyon barel təşkil edəcəyini proqnozlaşdırıb. Bu, OPEK-in ötən ay açıqladığı proqnozdan 0,2 milyon barel azdır.

OPEK-in may məruzəsində deyilir ki, dünyada neftə olan tələbatın azalmasının başlıca səbəbi dünya tələbatı templəri proqnozunun səviyyəsinin aşağı olmasıdır.

"Əlbəttə ki, dünya iqtisadiyyatının cüzi bərpası cari ilin dördüncü rübündən müşahidə ediləcək. Yaxınlarda baş vermiş "donuz qripi" pandemiyası bütün dünyada aviasiya yanacağına olan tələbata ciddi təsir etdi. Mövsümi amillərdən asılı olaraq benzinə olan tələbat artır. Aşağı olan sənaye istehsalı, yüksək işsizlik və turist səfərlərinin ixtisarı neftə olan tələbatın azalmasının başlıca səbəbləridir", - OPEK-in məruzəsində qeyd edilib.

OPEK-in proqnozlarına əsasən, 2009-cu ildə dünyada neftə olan tələbatın ümumi həcmindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatınına (İƏİT) üzv olan ölkələrin payına sutkada 45,85 milyon barel neft düşəcək ki, bu da ötən ilin göstəricisindən 1,65 milyon barel aşağıdır.

Keçmiş SSRİ ölkələrinin payına bu il sutkada 4,08 milyon barel neft düşəcək ki, bu da 2008-ci ilin göstəricisindən 0,04 milyon barel azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti