...

SOCAR Azərbaycanın quru ərazisində geofiziki tədqiqat işlərinə başlayıb

Energetika Materials 24 İyun 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend /

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Geofiziki kəşfiyyat idarəsi "Lökbatan-Puta-Quşxana" quru sahələrində ikiölçülü (2D) geofiziki tədqiqatlar nəticəsində əldə olunmuş məlumatların işlənməsinə başlayıb. Bu barədə idarənin məlumatında deyilir.

Aparılmış 2D geofiziki tədqiqatların nəticələri idarə tərəfindən müsbət qiymətləndirilib.

SOCAR-dan işə yaxın olan mənbədən əvvəlcə bildirilən məlumata əsasən, 2D tədqiqatları idarə tərəfindən iyunun 18-də həyata keçirilib.

2D seysmik tədqiqatların keçirilməsinin əsas səbəbi məhsuldar layların tektonik quruluşu və layların altındakı yağış sularının dəqiqləşdirilməsidir. Əldə olunmuş məlumatlar əsasında işlərin aparılmasının oktyabr-dekabr aylarında tamamlanması planlaşdırılır. Bu sahələrdə ümumi dərin nöqtələr və dalğa dönüşü üsulları ilə tədqiqatlara aprel ayında başlanılıb.

Bu sahələrdə işin sifarişçisi SOCAR-ın tərkibinə daxil olan "Azneft" İstehsalat Birliyidir.

Xəbər lenti

Xəbər lenti