...

"Şərq tərəfdaşlığı" "Nabukko" qaz kəməri layihəsinə dəstək göstərməyə hazırdır

Energetika Materials 18 Sentyabr 2009 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir N.İsmayılova /

Avropa İttifaqı "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində lazımi təqdirdə "Nabukko" qaz kəməri layihəsinin realizəsinə dəstək göstərməyə hazırdır. Bunu cümə günü mətbuat konfransında Avropa Qonşuluq Siyasəti Direktorluğunun inzibati məsələlər üzrə rəhbəri Covanni Kremonini (Giovanni Cremonini) deyib.

"13 iyulda baş tutan hökumətlərarası müqavilənin imzalanmasına müsbət baxırıq. Və biz siyasi-prioritet məsələlərin həlli üçün texniki, maliyyə və istənilən digər növ siyasi köməyi göstərməyə hazırıq, yəni ki, biz Aİ-nin enerji təminatının gücləndirilməsi məsələsində maraqlıyıq", - Kremonini deyib.

Polşa və İsveçin təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən hazırlanmış və rəsmi olaraq Aİ-nin mayda keçirilmiş Praqa sammitində fəaliyyətə başlayan "Şərq tərəfdaşlığı" proqramına Azərbaycan, Gürcüstan, Belarus, Ukrayna, Ermənistan və Moldova daxildir. "Şərq tərəfdaşlığı" təşkilatın tərkibinə daxil olmadan Aİ ilə iqtisadiyyat və siyasət sferalarında daha sıx əməkdaşlığı nəzərdə tutur.

Dəyəri 7,9 mlrd. dollar avro olan "Nabukko" qaz kəməri layihəsi qazın Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə tədarükünü nəzərdə tutur. Qaz kəmərinin inşasına 2011-ci ildə, ilkin ixracata isə 2014-cü ildə başlanılması planlaşdırılır. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Layihənin iştirakçıları OMV Gas GmbH (Аvstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE-dir (Almaniya). İştirakçıların hər biri bərabər - 16,67 faiz paya malikdirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti