Azərbaycan, Bakı, 4 avqust /Trend/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-iyul aylarında Azərbaycanın neft emalı zavodlarından 1,1 milyon tondan artıq neft məhsulları ixrac edib. 2009-cu ilin analoji dövründə bu göstərici 1,2 milyon tondan çox təşkil edib.
İyulda ARDNŞ 161 min tona yaxın neft məhsulları ixrac edib. Ötən ilin iyulunda bu rəqəm 155 min tona yaxın olub.
Azərbaycanda neft məhsulları ümumi gücü 20 milyon ton olan Bakının iki neft emalı zavodunun bazasında istehsal edilir. Hər iki NEZ Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxildir. Dövlət neft şirkəti öz vəsaitləri hesabına quru və və dəniz yataqlarından hasil edilən 7 milyon tona yaxın nefti emal edir.
Ötən il Bakı NEZ-ləri 6,03 milyon ton neft emal edib. 2008-ci ildə bu rəqəm 7,35 milyon ton olub. Bu il ARDNŞ özünün iki NEZ-də altı milyondan artıq neft emal etməyi planlaşdırır.
Neft məhsulları ixracının ümumi cədvəli:
Neft məhsulları |
Yanvar-iyul, 2010-cu il (ton) |
Yanvar-iyul, 2009-cu il (ton) |
Dizel yanacağı |
935,997 |
859,088 |
Avtomobil benzini |
94,054 |
140,227 |
Aviasiya kerosini |
71,662 |
212,282 |